Açıq sual
Motostop forumuna xoş gəldiniz 🏍️
Bu forumun ilk mövzusu da elə başlanğıca aid olsun.
Motostop-u yaratmaqda məqsəd sadəcə paylaşım edilən bir platforma qurmaq deyil. İstəyirik ki, burada motosiklet sürən, motosikletə marağı olan, yeni başlayan və illərin təcrübəsini daşıyan insanlar bir araya gəlsin.
Burada texniki sual verə, problemini paylaşa, motosiklet seçimi ilə bağlı məsləhət ala, təcrübəni bölüşə, yol və səfərlər haqqında danışa bilərsən. Bəzən bir insanın yazdığı kiçik bir məsləhət başqasının böyük problemini həll edə bilər.
Bu ilk mövzuda hər kəs özünü qısaca təqdim edə bilər:
Hansı motosikleti sürürsən? İlk motosikletin hansı olub? Motoya necə başlamısan?
Gəlin bu forumun ilk səhifələrini birlikdə yazaq.
Xoş gəldiniz. Yolumuz açıq olsun. 🏍️🤝
3 baxış0 cavab