Video oynadılmadı. İnternet bağlantını yoxla və ya başqa brauzerdə aç.
Oktyabrın 12-nə keçən gecə Masazırda motosikletin iştirakı ilə baş vermiş ağır yol qəzasında həlak olan 2 gəncin yeni görüntüləri yayılıb. Gənclərdən biri qəzaya düşdüyü ərazidən bu videonu paylaşıb. Dəhşətli qəza oktyabrın 11-i saat 20:40-da Abşeron rayonu, Duz gölü kənarında, Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində həlak olub. “Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması müəyyənləşib. Motosikleti sürənin Kateqoriyasıda olmayıb. Gənclərimizi ehtiyyatlı olmağa və motosikletlə zarafat etməmələrini tövsiyyə edirəm_!! #motostop #motoazerbaijan
Şərhlər 0
İlk şərhi sən yaz.
Təcrübəni bölüş və söhbətə qoşul.